“Azəryolservis” qış hazırlığına başladı

“Azəryolservis” qış hazırlığına başladı
  16 Oktyabr 2015    Oxunub:1582
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işlərini həyata keçirir.
Qurumdan AzVision.az- a daxil olan xəbərdə bildirilr ki, yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyyac olanlar isə yenilərin ilə əvəzlənir.

İş “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır.


Teqlər:



Xəbər lenti