Alman iş adamı Azərbaycandan üzr istədi
S.Dubnak məktubunda M.Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlığını bildirib.
Həmçinin S.Dubnak məktubunda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.
O, təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb edilməsinə və şirkət nümayəndəsinin qanunsuz səfərinə dair peşmançılıq ifadə edərək, şirkət tərəfindən həmin ərazilərdə bütün fəaliyyətin artıq dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.
Əlavə olaraq, M.Mqaloblişvili tərəfindən də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlayıb.
“Karl Storz” şirkəti və M.Mqaloblişvili müraciəti müvafiq qaydada nəzərdən keçirilib və şirkət və nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barəsində qərar qəbul edilib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


