Əsasən Sovet dövründən tikilən binaların dam örtüyünün yararsızlığı və binanın əsaslı təmiri ilə əlaqədar müraciətlər olundu. Namizəd seçiciləri maraqlandıran məsələ ilə əlaqədar bildirib ki, bu məsələ diqqət mərkəzindədir və öz platformasında bu barədə fikirlər öz əksini tapıb. Mənə etimad göstərdiyiniz halda, mən deputatat səlahiyyətləri çərçivəsində həmin məsələlərin həllində köməklik göstərəcəyəm.
Səmimiyyət və diskusiya şəraitində keçən görüşün sonunda bütün sakinlər Rafael Cəbrayılova seçki kompaniyasında uğurlar arzuladılar və 01 noyabr tarixində dəstək olacaqlarını bildirdilər.
Həmçinin bu gün bir qrup Şirvan gəncləri könüllü olaraq təbliğat-təşviqat kompaniyada iştirak etmək məqsədilə namizədin seçki qərərgahına müraciət ediblər. Rafael Cəbrayılov həmin gənclərlə görüşüb və görüş zamanı Şirvan şəhər gəncləri ilə görüş vaxtı müəyyənləşdirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


