Nazir prezidentin iradlarını yada saldı
İqtisadiyyat və Sənaye Nazirliyindəndən AzVision.az-a daxil olan məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, kollegiyanın sədri Şahin Mustafayev bu ilin 9 ayında qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması barədə qərar qəbul edilib.
stehlak bazarına nəzarət inzibati məsuliyyət yaratmayan mexanizmlərdən (müşahidə, təhlil, nümunə müayinələri, baxış və s.) istifadə olunmaqla davam etdiriləcək. Yoxlamalar yalnız daxil olan məlumatlar əsasında iqtisadiyyat və sənaye naziri ilə razılaşdırılmaqla keçirilə bilər.
Biznes mühitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilən əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı, satışı və əmtəə birjası fəaliyyətinə lisenziyaların xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısından çıxarılması barədə təkliflərin verilməsi qərara alınıb.
Kollegiya iclasında həmçinin, xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərinin siyahısına yenidən baxılması, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə sahibkarlıq fəaliyyətinə dövlət qurumları tərəfindən digər mexanizmlərlə nəzarət edilməsi imkanları nəzərə alınaraq, lisenziyaların sayının azaldılmasına dair ən qısa zamanda təkliflərin hazırlanması barədə qərar qəbul olunub.
Qeyri-neft məhsullarına verilən mənşə sertifikatı ilə bağlı aparılan ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılmasına dair Tarif (qiymət) Şurasına müraciət edilməsi barədə qərar qəbul edilib.
Ş. Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


