YAP-ın namizədi seçicilərə söz verdi

YAP-ın namizədi seçicilərə söz verdi
  17 Oktyabr 2015    Oxunub:1723
Azərbaycan Respublikası V çağırış Milli Məclisinə seçkilər üzrə 47 saylı Mingəçevir seçki dairəsində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Mirzəzadə seçicilərlə növbəti görüşünü keçirib.
“Energetik” klubunda baş tutan görüşdə şəhərin müxtəlif təbəqələrinin nümayəndələri iştrak ediblər.

Görüşü YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov açaraq qarşıdan gələn parlament seçkilərinin siyasi əhəmiyyətindən danışıb.

Çıxış edən professor Əyyub Əyyubov YAP-ın seçki platformasından söz açıb.

Daha sonra mühəndis Əkbər Kazımov, Əfqanstan veteranlar Cəmiyyəti Mingəçevir şöbəsinin sədri Elşən İbrahimov, Gözdən əlil İlqar Səbzəliyev, evdar qadın Lyudmila Tağıyeva çıxış edərək Prezident cənab İlham Əliyevin, YAP siyasi kursunu dəstəklədiklərini bildirdilər.

A. Mirzəzadə isə çıxışında deputatlığa namizəd kimi göstərilən etimadı yüksək qiymətləndirdiyini, prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini vurğulayıb.

Bildirib ki, ona yenidən etimad göstərilərsə, bundan sonra da daim parlament səviyyəsində dövlətin maraqlarını müdafiə edəcək və seçicilərlə sıx əlaqə saxlayacaq.

Sonda A. Mirzəzadə ayrı-ayrı seçicilərin problemlərini dinləyəyib.

Qeyd edək ki, görüşdə 300 nəfər seçici iştrak edib.

Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti