Eldar Quliyevin seçki platforması
Diskusiya şəraitində keçirilən görüşlərdə hazırki deputat seçicilərin müraciətlərini dinləyir, onların həlli istiqamətində işlər aparacağını bildirib. Eldar Quliyev bildirib ki, əgər seçiciləri bu seçkidə də ona etimad göstərərlərsə, səlahiyyətləri çərçivəsində bütün məsələlərin həllində onlara köməklik göstərəcək. Seçicilərin də böyük əksəriyyəti Eldar Quliyevi dəstəklədiklərini bildirir. Seçicilər görüşdə bildirirlər ki, 1 noyabr tarixində Eldar Quliyevə səs verməklə onu dəstəklədiklərini sübut edəcklər. İnternet saytlarında keçirilən virtual səs vermədə də Eldar Quliyev ilk pilləyə sahibdir.
AzVision.az 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Eldar Allahyar oğlu Quliyevin platformasını təqdim edir:
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və onun layiqli varisi cənab İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət ölkəmizdə demokratik, hüquqi dövlət qurulması istiqamətində böyük nailiyyətlər əldə etməyə, əhalinin rifah halını yaxşılaşdırmağa, xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafını təmin etməyə imkan vermişdir.
Qeyd olunan nailiyyətlərin qazanılmasında dövlət hakimiyyətinin əsas qollarından biri olan və iqtisadi islahatların, eləcə də digər taleyüklü layihələrin həyata keçirilməsi üçün lazimi hüquqi baza yaradan qanunverici orqanın-Milli Məclisin də əvəzsiz rolu vardır.Sizin dəstəyinizlə deputat seçilərək 2005-2016-cı illərdə Milli Məclisin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirakımdan qürur duyuram.
Seçicilər mənə yenidən etimad göstərərək Milli Məclisə üzv seçərlərsə həm ümumrespublika xarakterli, həm də bilavasitə deputat seçiləcəyim Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrini əhatə edən ərazinin problemlərinin həllinə diqqət yetirəcəyəm.Deputatlıq fəaliyyətimdə aşağıdakı əsas məsələlərin həllinə çalışacağam:
1.İqtisadi islahatların daha da dərinləşdirilməsinə hüquqi baza yaradan qanunların hazırlanıb qəbul edilməsinə səy göstərəcəyəm.
2.Milli Məclisin müzakirəsinə çıxarılan qanunların müzakirəsində bir iqtisadçı alim kimi fəal mövqeyimi bildirəcək, bu qanunların sosial yönümlü olması, əhalinin dövlət büdcəsi hesabına maliyyələşdirilən kateqoriyasına daxil olan şəxslərin (təqaüdçülər, əlillər, təhsil və tibb işçiləri və s.), eləcə də aztəminatlı ailələrin sosial müdafiəsinə ayrılan vəsaitlərin vaxtaşırı artırılması üçün səylərimi əsirgəməyəcəyəm. 3.Seçicilərimlə müntəzəm görüşlər keçirərək onların problemləri ilə ətraflı tanış olacaq, onların bürokratik əngəllər və digər səbəblər üzündən dövlət və bələdiyyə orqanlarında həllinə nail ola bilmədikləri haqlı tələblərini deputat səlahiyyətlərim çərçivəsində əlaqədar təşkilatlar qarşısında qaldıraraq həll olunmasına çalışacağam.
4.Təmsil etdiyim qəsəbələrin əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını yenə də diqqət mərkəzində saxlayaraq müvafiq dövlət qurumlarının diqqətini bu sahəyə yönəldəcəyəm.
5.Qəsəbələrdə məhəllədaxili yolların abadlaşdırılması, küçələrin işıqlandı- rılması məsələlərini müvafiq icra nümayəndələri və bələdiyyələr vasitəsi ilə həll edəcəyəm.
6.2014-2018-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq qəsəbələrin kanalizasiya xətlərinə qoşulmasını nəzarətdə saxlayacağam.
7.Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrində yerləşən mədəniyyət evlərinin təmiri və tarixi abidələrin bərpa olunması məsələsini Mədəniyyət və Turizm Nazirliyi qarşısında qaldıracaq, o cümlədən 2016-cı ilin birinci yarısında Maştağa qəsəbəsindəki Mədəniyyət evinin açılışının təmin olunmasına, parkın ərazisində rütubətli binada yerləşən kitabxananın Mədəniyyət evinə köçürülməsinə səy göstərəcəyəm.
8.Savalan qəsəbəsində 1500 şagird yeri olan məktəb binası inşa olunması üçün Təhsil nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldıracağam.
9.Maştağa qəsəbəsindəki 187 saylı orta məktəb üçün yeni korpus inşa olunması məsələsini Təhsil Nazirliyi qarşısında qaldıraraq həll olunmasına çalışacağam.
10.Maştağa qəsəbəsində parkın ərazisində yerləşən kinoteatrda yenidənqurma işləri aparılaraq onun bazasında “Gənclər evi” yaradılması məsələsini Gənclər və İdman Nazirliyi ilə birlikdə təmin edəcəyəm.
11.Maştağa qəsəbəsində yerləşən 7 saylı xəstəxanada 2016-cı ildə əsaslı təmir işləri aparılmasının Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən həll olunmasına çalışacağam.
12.Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrində yerləşən təhsil müəssisələrində mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılmasına nail olacağam.
13.Deputatı olacağım qəsəbələrdə magistral yolların kənarlarında yerləşən ticarət və xidmət obyektlərinin fasadlarının üzlənərək müasir görkəmə salınması üçün sahibkarlarla daim iş aparacağam.
Hörmətli seçicilər mənə etimad göstərərək yenidən Milli Məclisə üzv seçərlərsə, bu bölgənin yetirməsi olaraq onların problemlərinin həllinə yardım göstərməkdən şərəf duyacaq, hazırkı platforma ilə üzərimə götürdüyüm öhtəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək deputat səlahiyyətlərinin mənə verdiyi imkanlardan istifadə edərək mənim üçün doğma olan qəsəbələrin sakinlərini narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə səy göstərəcəyəm.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


