Lənkəranı leysan vurdu - Hazırda vəziyyət necədir?

Lənkəranı leysan vurdu - Hazırda vəziyyət necədir?
  17 Oktyabr 2015    Oxunub:2903
Dünən səhər saatlarından başlayan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonunda bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.
Lənkəran şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb.

Belə ki, həmin kəndlərdə onlarla fərdi yaşayış evi sel suları aldında qalıb, nəticədə yerli sakinlərə maddi ziyan dəyib.

Bundan əlavə Göyşaban, Bolaçı və bir neçə xırda çayların daşması nəticəsində Xolmuli, Siyavan, Bürcəli, Türkəkaran, Yuxarı Nüvədi və 6-7 kəndi də su basıb.

İcra Hakimiyyətindən bildirilib ki, evləri tamamilə su altında qalan 5 ailə qohumlarının evinə yerləşdirilib.
Hazırda rayon ərazisində yağışlar davam edir.

FHN və İcra Hakimiyyətinin əməkdaşlaı operativ tədirləri davam etdirirlər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunda baş verən subasma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunub.

Əməliyyat saat 03:32 də başa çatıb.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti