Taksim etirazçıları dondular

  19 İyun 2013    Oxunub : 385
Taksim etirazçıları dondular
Taksimdə etiraz aksiyaları bu dəfə maraqlı görüntülərə səhnə olub
Aralarında qadınların və əcnəbi vətəndaşların da olduğu onlarla insan hərəkətsiz vəziyyətdə qalaraq etirazlarını davam etdirib. "Duran adamlar" hökumətin apardığı daxili siyasəti sərt tənqid edərək, polisin güc tətbiq etməsinə narazılıqlarını ifadə edib. Onlar bəyan ediblər ki, heç bir zorakılığa yol vermədən sakit şəkildə nümayişlərini davam etdirəcəklər.

Yaxınlıqdan keçən vətəndaşlar da aksiyaya alqışlarla dəstək verib. Ətrafda təhlükəsizlik tədbirlərini gücləndirən polis nümayişçilərə heç bir təzyiq göstərməyib. Daxili İşlər Naziri Müammər Gülər bildirib ki, aksiyaçılar ictimai asayişi pozmasa, onlara qarşı güc tətbiq edilməyəcək.

Bu arada Taksim meydanında abadlıq işləri aparılır. Artıq ərazidə olan tramvay səfərləri də bərpa edilib.


AzVision.az

Teqlər: