“Xəzər Lənkəran”ın stadionu təhlükədə
Şəhərin bəzi yerlərinə sel gəlib, stadionun yanından keçən Lənkəran çayı dolub-daşmaq üzrədir. Sabah AFFA nümayəndələri Lənkərana gedərək, ümumi stadionun vəziyyəti ilə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL görüşünün start fitinin oktyabrın 18-də saat 18:00-da çalınması nəzərdə tutulub.