Müəlliflik hüquqları ilə bağlı yeni sistem yaradılacaq

Müəlliflik hüquqları ilə bağlı yeni sistem yaradılacaq
  19 İyun 2013    Oxunub:1508
Müəllif Hüquqları Agentliyinin qarşısında duran əsas məsələlərdən biri müəlliflik hüquqlarının idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

O bildirib ki, onlayn fəaliyyət göstərəcək bu sistem bir mərkəzdən bütün hüquqların birbaşa idarə olunmasına şərait yaradacaq:

“Bu layihə 9 Avropa ölkəsi ilə müştərək şəkildə həyata keçirilib və sistem tam şəkildə hazırdır. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun qəbul edilib. Beləliklə də hökumətin qərarı ilə müəllif hüquqları agentliyinin nəzdində hüquqların müdafiəsi mərkəzi yaradılıb. Hazırda həmin mərkəzdə bütün işlər hazırlanıb. Əsas problem ondan ibarətdir ki, satış şəbəkəsinin tərkibində olan müəllif hüququ ilə əlaqəli olan malların üzərində mütləq şəkildə xüsusi nəzarət markası vurulacaq. Yeni marka artıq hazırlanıb və qərarın verilməsini gözləyirik. Bununla yanaşı, smartfon mobil telefonlara əsaslanan unikal yoxlama sistemi var. Bunun vasitəsi ilə kənardan mobil telefonla hər bir şeyi öyrənmək mümkün olacaq”.


Teqlər:





Xəbər lenti