Orduda kütləvi ixtisarlara başlanıldı

Orduda kütləvi ixtisarlara başlanıldı
  19 İyun 2013    Oxunub:1083
Britaniya ordusunda büdcə defisitinə görə ixtisarlar davam edir. Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, artıq 4 mindən çox hərbçi vəzifəsindən azad edilib.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, əsgərlərin 84 faizi istefa ərizələrini öz istəyi ilə yazmağa məcbur olub.

Əsgərlərin ordudan uzaqlaşdırılmasına Britaniyanın 2014-cü ilin sonunda Əfqanıstandan qoşunlarını çıxarması xəbərindən sonra başlanıb. Hazırda təxminən 4 min əsgər işini itirib; 4,5 min əsgər isə tezliklə işdən çıxarılacaq.

Ordu, hərbi dəniz və hava qüvvələri sıralarında sonuncu ixtisarlardır. Bildirilir ki, 2018-ci ilədə Britaniya silahlı qüvvələrinin sayı 82 minədək azalmalıdır.

Britaniyanın müdafiə naziri vəziyyəti şərh edərək bildirib ki, silahlı qüvvələrin sıralarında ixtisarlar maliyyə probleminə görə baş verir. Bununla belə o söz verib ki, ordu sıralarındakı ixtisarlar müdafiə qabiliyyətinə təsir etməyəcək.

Qeyd edək ki, ixtisarlar Əfqanıstanda xidmətdə olan Britaniya əsgərlərinə aid edilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti