Bakıda minaatan mərmisi tapıldı

Bakıda minaatan mərmisi tapıldı
  18 Oktyabr 2015    Oxunub:1613
Bakı şəhərinin Sabunçu rayonunda döyüş sursatı aşkarlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunublar və döyüş tətbiqinə yararlı olan 1 (bir) ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 11:25-də başa çatıb.


Teqlər:



Xəbər lenti