Ermənilər 2 Tovuz sakinini güllələdi - Video

Ermənilər 2 Tovuz sakinini güllələdi - Video
  19 Oktyabr 2015    Oxunub:3250
Düşmənin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində 2 dinc sakin yaralandı.
AzVision.az TTV-yə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Ağbulaq kəndi istiqamətində açdığı atəş nəticəsində iki dinc sakin yaralanıb. Kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.











Teqlər:  



Xəbər lenti