Hrant Dinkin qatili ələ keçdi

Hrant Dinkin qatili ələ keçdi
  19 İyun 2013    Oxunub:1125
Məhkəmə Ersin Yolçunu 12,6 il həbs cəzasına məhkum etmişdi
2007-ci ilin yanvar ayında İstanbulda qətlə yetirilən Agos qəzetinin erməni əsilli baş redaktoru Hrant Dinkin qatili həbs edilib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ersin Yolçu bu gün Trabzonda saxlanılıb.

xatırladaq ki, İstanbul 14-cü Ağır Cəza Məhkəməsi qəsdən adam öldurmə maddəsi ilə ittiham edilən Ersin Yolçu haqqında 12 il 6 ay həbs cəzasına məhkum etmişdi. Müəyyən sənədləşmə işləri aparıldıqdan sonra o, Trabzon Bahçeçiçek həbsxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti