İsa Sadıxov beynəlxalq axtarışa verildi

İsa Sadıxov beynəlxalq axtarışa verildi
  19 İyun 2013    Oxunub:2096
Müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir
N saylı hərbi hissənin keçmiş komandiri, polkovnik İsa Nəzər oğlu Sadıxov beynəlxalq axtarışa verilib. AzVision.az xəbər verir ki, Hərbi Prokurorluğun Xüsusi İstintaq İdarəsi İsa Sadıxov barəsində Cinayət Məcəlləsinin 341.3 (müharibə dövrü və ya döyüş şəraitində və ya hakimiyyət və ya qulluq mövqeyindən sui-istifadə, səlahiyyət həddini aşma) maddəsi ilə cinayət işi açıb. İş üzrə araşdırma aparılır.

2001-ci ildən Norveçdə olan və bu yaxınlarda Türkiyəyə səfər edən polkovnik bildirib ki, Azərbaycanda baş verən hadisələri diqqət mərkəzində saxlayır və tezliklə Bakıya gəlmək istəyir.

Onun sözlərinə görə, Azərbaycanda seçki ərəfəsində Milli Şuraya da qoşula bilər. İsa Sadıxov həmçinin fəaliyyəti dondurmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin üzvüdür.

Xatırladaq ki, İsa Sadıxov 1992-ci ildə müdafiə nazirinin müavini olub və Azərbaycanın qərbindəki hərbi əməliyyatlara rəhbərlik edib.


Teqlər:  





Xəbər lenti