Borcu olanların ölkədən getməsi məhdudlaşdırıla bilər

Borcu olanların ölkədən getməsi məhdudlaşdırıla bilər
  20 Oktyabr 2015    Oxunub:2266
Azərbaycanda bundan sonra vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.

Milli Məclisdən verilən məlumata görə, bu məsələ ilə bağlı “İcra haqqında” qanuna dəyişikliklər edilir.

Hazırda məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Yeni dəyişikliklərə əsasən isə bundan sonra bu məhdudlaşdırma məhkəmə qərarları ilə yanaşı, vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında da həyata keçirilə bilər.

Qanunvericiliyə edilməsi nəzərdə tutulan yeni dəyişikliyə əsasən, istər Azərbaycan vətəndaşı, istərsə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vergi borcları olduğu zaman vergi orqanlarının müraciətlərinə əsasən məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Dəyişiklikdə məqsəd vergi borclarının alınması mexanizmlərinin təkmilləşdirilməsi və vergi inzibatçılığının səmərəliliyinin artırılmasıdır.



Teqlər:





Xəbər lenti