Deputatların sonuncu görüşü - Milli Məclis toplanır
Bundan başqa, iclasın gündəliyində Azərbaycanın bir neçə ölkəylə imzaladığı sazişlərin təsdiqi, eləcə də Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetasının müzakirəsi Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi nəzərdə tutulub.
"Dövlət rüsumu haqqında", "İcra haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İnformasiya əldə etmək haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi də gündəlikdə yer alan məsələlər sırasındadır.
Milli Məclis Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsinə də baxacaq.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


