İşiq, qaz və suyun qiyməti artırılacaq? - Açıqlama
Bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı və “Azərişıq” ASC-nın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də məlumat verərək bildirib ki, gündəmdə qiymət artımı ilə bağlı heç bir informasiya yoxdur. Tanrıverdi Mustafayev bildirib ki, paylayıcı şəbəkə olaraq “Azərişıq”ın bu məsələyə aidiyyatı yoxdur.
Qeyd edək ki, iqtisadçı Samir Əliyev açıqlamasında bildirib ki, gələn ilin büdcə sənədində nəzərdə tutulduğu kimi xidmət sferasında müəyyən qiymət artımı nəzərə çarpa və bu özünü daha çox kommunal sektor yaxud nəqliyyat sektorunda göstərə bilər. Yəni bu sahələrdə qiymət artımı müşahidə edilə bilər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


