YAP-dan yoxlamaların dayandırılmasına reaksiya
Deputat qeyd edib ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: “Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Dünən Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq, sahibkarların investisiya qoyması üçün münbit şərait yaradacaq”.
A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: “Bu, eyni zamanda, sahibkarlar təbəqəsinin dövlətlərinə inamının daha da artmasına səbəb olacaq. Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onla
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


