Saatlıda yanan ticarət mərkəzində 83 sahibkara külli miqdarda ziyan dəyib. Sahibkarlar isə dəyən ziyana görə onlara kompensasiya verilməməsindən şikayət edirlər.
.jpg)
AzVision.az sahibkarların etirzını nəzərə alaraq Saatlı Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. Saatlı RİH-nin Hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev bildirib ki, icra hakimiyyəti tərəfindən sahibkarlara ancaq hüquqi yardım ediləcək.
“Dəyən ziyanın aradan qaldırılması üçün sahibkarların sığortası olmalıdır. Ziyan yalnız siğorta yolu ilə aradan qaldırıla bilər. Məsələ ilə Fövqəladə Hallar Nazirliyinin təhqiqat qrupu məşğul olur. Sigortası olanlara dəyən ziyan yüz faiz ödəniləcək.
Cənab prezidentin müvafiq sərəncamı var. Biz icra hakimiyyəti olaraq sahibkarların işinə qarşısa bilmərik. Sahibkarın hadisə zamanı min və yaxud iki min manatlıq malının yanmasını bilmirik. Bunu sahibklarların özləri bilir. Bizə bununla bağlı hər hansı müraciət də daxil olmayıb. Əgər sahibkarlardan bizə hər hansı bir müraciət daxil olarsa, qanunvericliyə uyğun olaraq onlara əməli yardım ediləcək. Yəni müəyyən sənədləşmə, müraciətlərin daxil olması və dəyən ziyanın aradan qaldırılması yollarının sahibkarlara izah edilməsi ilə bağlı köməkliklər olunacaq”.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla







Vaxtında, Aydın, Lazımlı!


