Rəisin işdən çıxarılması ilə bağlı açıqlama

Rəisin işdən çıxarılması ilə bağlı açıqlama
  20 Oktyabr 2015    Oxunub:5591
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilməyib.
Bu barədə AzVision.az-a açıqlamasında İlqar Mahmudovun köməkçisi Qaraş Quliyev bildirib.

“İlqar Mahmudov işdən çıxalımayıb. Hazırda öz işini icra edir. Yayılan məlumat doğru deyil”.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti