Kimlər taksi sürə bilər? - Qanun sərtləşdi
Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüququi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir.
Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq. Həmin şərt taksi minik avtomobilləri ilə sərnişin daşıması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamənin olmasıdır.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Anar Kəlbiyev