Rəqiblərindən Azay Quliyev etirafı...

Rəqiblərindən Azay Quliyev etirafı...
  20 Oktyabr 2015    Oxunub:4542
Azay Quliyevin xeyrinə seçkidən çəkilənlərin sayı 3-ə çatdı

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd - Kənan Eminbəyli kampaniyadan çəkildiyini bəyan edib. K.Eminbəyli bu qərarı seçkidə rəqibi Azay Quliyevin ən şanslı olması ilə əlaqələndirib.

Bununla bağlı K.Eminbəylinin yaydığı bəyanatda deyilir:
“Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ bəlli deyildi. O cümlədən, hörmətli millət vəkilimiz Azay Quliyev kimi güclü namizədlə seçkidə alternativ olacağımı gözləmirdim.
Azay Quliyev deputat kimi həm uğurlu fəaliyyəti olan, həm də ölkəmizi beynəlxalq qurumlar a ləyaqətlə, peşəkarlıqla təmsil edən millət vəkillərimizdəndir. Onun seçki təbliğat kampaniyası da çox uğurla, effektiv şəkildə aparılır. Seçicilərin Azay Quliyevə böyük rəğbəti açıqca hiss olunur. Bu səbəbdən, onun seçkidə qələbəsi şübhə doğurmur. Bu reallığı nəzərə alaraq, mən namizədliyimi geri götürürəm və mənə səs verəcək təəssübkeşlərimi, bütün seçiciləri, hörmətli Azay Quliyevə səs verməyə çağırıram”

K.Eminbəyli qeyd edib ki, Azay Quliyev uğurlu deputat fəaliyyətini 8 saylı Binəqədi Sçeki Dairəsində də davam etdirəcəyinə əmindir.

Xatırladaq ki, K.Eminbəylidən əvvəl sözügedən dairədən digər qeydə alınmış namizədlər - professor Qüdrət İsaqov və Babək Abdullayev də namizədliyini geri götürərək, seçiciləri ona səs verməyə çağırmışdılar.


Teqlər:





Xəbər lenti