Bank rəhbəri işdən çıxdı

Bank rəhbəri işdən çıxdı
  20 Oktyabr 2015    Oxunub:3854
"Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri Rövşən İsmayılov tutduğu vəzifəni tərk edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, sədr öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşıb. Belə ki, oktyabrın 16-da keçirilən bankın səhmdarlarının yığıncağında R. İsmayılovun işdən çıxması ilə bağlı yazdığı ərizəyə baxılıb və sədrin ərizəsi qəbul olunub.

Xəbəri bankdan təsdiqləyiblər.


Teqlər:



Xəbər lenti