Sumqayıtda sərnişin sürücünü bıçaqladı

Sumqayıtda sərnişin sürücünü bıçaqladı
  20 Oktyabr 2015    Oxunub:1801
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyev idarə etdiyi 9 saylı “İsuzu” markalı avtobusla Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov tərəfindən münaqişə zəminində döyülüb. Sərnişin sürücünü bıçaqlayaraq onun çanaq sümüyünü sındırıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.


Teqlər:  



Xəbər lenti