Prezident İrandan gələn rəsmiləri qəbul etdi
İsmayıl Cabbarzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İsmayıl Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar Ulu Öndər tərəfindən qoyulduğunu məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.(AZƏRTAC)







Vaxtında, Aydın, Lazımlı!


