“Biz Rafael Cəbrayılova səs verəcəyik”- Fotolar

“Biz Rafael Cəbrayılova səs verəcəyik”- Fotolar
  20 Oktyabr 2015    Oxunub:1624
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun seçkiqabağı təbliğat kompaniyası uğurla davam etdirilir.
AzVision.az xəbər verir ki, dövlət büdcəsinin müzkirəsi ilə əlaqədar millət vəkili Rafael Cəbrayılov Milli Məclisin plenar iclasında iştirakı etdiyi üçün bu günkü görüşdə namizədin səlahiyyətli nümayəndəsi və vəkilləri iştirak ediblər.

Rafael Cəbrayılovun seçki platforması haqqında məlumat verən səlahiyyətli nümayəndə, əsasən Şirvan şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi üçün nəzərdə tutduğu fəaliyyət prinsipləri haqqında məlumat verdi.

Çıxış edən seçicilər Rafael Cəbrayılovun fəaliyyətindən və əhaliyə qarşı göstərdiyi mehribanlıqdan danışaraq, seçki platformasını yüksək qiymətləndiriblər.

Qeyd ediblər ki, Şirvan sakinləri Rafael Cəbrayılovu yaxşı tanıyır və 1 noyabrda hamılıqla səs verərək deputat seçilməsini təmin edəcəklər.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti