Seçkiləri 318 beynəlxalq müşahidəçi izləyəcək

Seçkiləri 318 beynəlxalq müşahidəçi izləyəcək
  20 Oktyabr 2015    Oxunub:1521
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 725 müşahidəçi qeydiyyatdan keçib. AzVision.az-ın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib.

O, bildirib ki, dairə seçki komissiyalarında isə 52 626 müşahidəçi qeydə alınıb.

M.Pənahov bildirib ki, MSK-da seçkiləri izləmək üçün beynəlxalq təşkilatlardan 318 müşahidəçi qeydiyyatdan keçib.

O, qeyd edib ki, seçki bülletenlərinin çapı sabah başa çatacaq və oktyabrın 22-dən başlayaraq bülletenlər seçki dairələrinə paylanılacaq.

MSK sədri bildirib ki, seçki bülletenləri səsvermə gününə 3 gün qalmışa qədər seçki məntəqələrinə paylanılmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti