“Lüzumsuz yoxlamaların qarşısı alınacaq” - Azay Quliyev
AzVision.az-ın məlumatına görə, bu fikirləri trend-ə Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev hesab edir ki, həm bu fərman, həm də Milli Məclisdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanunun qəbulu sayəsində Azərbaycanda sahibkarlar rahat nəfəs ala biləcəklər.
Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların “ASAN xidmət" mərkəzlərində verilməsini də iqtisadiyyatımız üçün çox mühüm hal sayan deputat bu qurumu ölkədə korrupsiya ilə mübarizə sahəsində çox yaxşı institut hesab edib.
A.Quliyevin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlıq bu fərman və qanundan maksimum şəkildə yararlanacaq: “Bu, indiyədək sahibkarlara ciddi şəkildə edilən təzyiqlərin, lüzumsuz yoxlamaların, sahibkarların fəaliyyətinin rentabelliyinin aşağı salınması ilə bağlı edilən bütün müdaxilələrin qarşısını alacaq. Buna görə Prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Bu addımı atmaqla Azərbaycanda biznes mühitini tam şəkildə qoruya bildik”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


