14 kənddə qaz olmayacaq

14 kənddə qaz olmayacaq
  20 Oktyabr 2015    Oxunub:1729
Abşeron, Hacıqabul, Siyəzən, Qazax və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, oktyabrın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı” və “Rəncbər”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi”, Qazax magistral qaz kəmərləri sahəsinin ”Yuxarı Salahlı” və “Qazax”, eləcə də Astara magistral qaz kəmərləri sahəsinin “Lənkəran” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahı və Qubalı, Kürdəmir rayonunun Sığırlı, Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı, Siyəzən və Xızı rayonlarının Giləzi, Yeni Yaşma, Şurabad, Beşdam, Sitalçay, Zarat, Cahandar, Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Sabunçu rayonunun və Qazax şəhərin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti