Muxtar Babayev seçiciləri ilə görüşüb- Fotolar

Muxtar Babayev seçiciləri ilə görüşüb- Fotolar
  21 Oktyabr 2015    Oxunub:3799
43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin deputatlığına namizədliyi irəli sürülmüş Muxtar Bahadur oğlu Babayevin seçicilərlə görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə seçki Qərargahının üzvləri və seçki dairəsinin ərazisi üzrə seçiciləri iştirak edib. Tədbirdə namizədin vəkilləri çıxış etmiş və son beş ildə görülən işlərdən ətraflı söz açmışdır. Namizədin hazırkı seçki platforması seçicilərin nəzərinə çatdırılıb. Görüş zamanı deputatlığa namizəd Muxtar Babayev ölkədə aparılan geniş miqyaslı quruculuq abadlıq işlərindən, iqtisadi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı söz açıb.

Görüşlər 8 və 9-cu mikrorayonlarda keçirilib. Hər görüşdə 400-450 nəfər seçici iştirak edib. Seçicilərin problem və təklifləri dinlənilmiş və onların həlli istiqamətində seçicilərə köməklik göstərilməsi bildirilib.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti