İpoteka ilə bağlı daha bir açıqlama

İpoteka ilə bağlı daha bir açıqlama
  21 Oktyabr 2015    Oxunub:3075
Gənclər İdman Naziri Azad Rəhimov gənclərin ev problemindən danışıb.
AzVision.az xəbər verir ki, nazir hər il sosial ipoteka ilə bağlı maliyyə ayrıldığını bildirib. O, qeyd edib ki, müvafiq banklar var və gənclər həmin banklardan ipoteka krediti əldə edə bilirlər. Nazirin sözlərinə görə, məqsəd odur ki, ipotekaya ayrılan vəsait daha da çox olsun.

A.Rəhimov ümid edir ki, yaxın gələcəkdə daha çox insan sosial ipotekadan bəhrələnə biləcək: "Ən əsası odur ki, sosial ipoteka tək Bakıda deyil, həm də regionlarda yaşayan gənclərə verilsin", - deyə nazir əlavə edib.

Gültəkin Əlsəgər


Teqlər:  



Xəbər lenti