Gürcü nazirə Azərbaycandan cavab – Tiflis çətin durumda

Gürcü nazirə Azərbaycandan cavab – Tiflis çətin durumda
  21 Oktyabr 2015    Oxunub:4768
Ötən gün Gürcüstanın vitse-spikeri və energetika naziri Kaxa Kaladze mətbuata ilginc açıqlama verərək, iddia edib ki, Azərbaycanın Gürcüstanı təmin edəcək qədər resursu yoxdur, ona görə də bu ölkə Rusiyadan əlavə həcmdə qaz almalıdır.

Gürcü nazirin fikirlərini şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzVision.az-a bildirib ki, Azərbaycan son 9 ayda 21,6 milyard kubmetr qaz hasil edilib.

Ekspertin sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 4.4% azdır: “Bu ilin təqvim ilinin 3 ayı ərzində Azəri-Çıraq-Günəşlidə quyulara texniki qaz vurulmayıb. Bu su ilə əvəzlənib. Səmt qazı Azərbaycan tərəfinə verilib. Məhz bunun nəticəsində əmtəəlik qaz artıb. Bu il “AzMeco” ilə bağlı ortaya problem çıxdı. Bu şirkət səbəbindən Azərbaycan Rusiyadan qaz idxal etməyə məcbur oldu. Düzdür cəmi 100 milyon kubmetr olsa da kommersiya qiymətləri metanolun ixracı üçün sərfəli olmadığından dünən gecə bu idxal dayandı”.

İ Şaban qeyd edib ki, Dövlət Neft Şirkəti cari ilin 9 ayı ərzində 4,3 milyard kubmetrə qarşı, 4,6 milyard kubmetrqaz hasil edilib. Yəni plandan əlavə 300 milyon kubmetrdə qaz hasil edilib.



Ekspertin fikrincə, cari il üçün təşviş doğuracaq məqam yoxdur, gürcü nazirin fikirləri reallığı əks etdirmir: “Gürcüstanın qaz tələbatı iqlimdən asılı olaraq təqribən 200 milyon kubmetrə qədər, yəni 10% artıb, azalır. Bu faktiki olaraq bütün ölkələrdə belədir. Çünki sərt iqlim keçdiyi illərdə qaza tələbat çoxalır. Hidrometeroloqların verdiyi proqnoza görə, şimal yarımkürəsində bu il və gələn il qış çox sərt olacaq. Odur ki, bütün ölkələr buna hazırlaşır. Azərbaycan da özünün qaza olan tələbatının artmasını gözləyir. Belə olan halda biz Gürcüstana artıq qaz verə bilməyəcəyik. Əgər Azərbaycan əvvəlki qaydada Gürcüstana qaz verə bilməyəcəksə və Gürcüstanın qaza tələbatı artacaqsa, onun qaz bazarında 200-300 milyon kubmetr defisit yaranacaq. Yeganə yol Rusiyadan qaz almaqdır. Amma Gürcüstan çox diplomatik gedişlərlə bunu edir ki, Rusiyadan nisbətən ucuz qiymətə qaz ala bilsin. Çünki Rusiya ilə Gürcüstan arasında diplomatik, iqtisadi əlaqə yoxdur. Bundan başqa Rusiya ilə Gürcüstan tamamilə bir-birinə əks qütblərdə olan ölkələrdir. Rəsmi Tiflis də yaxşı başa düşür ki, Rusiya bu məqamda öz enerji resurslarından bu cür ölkələrə qarşı çox yaxşı təsir vasitəsi kimi istifadə edir”.



SOCAR-ın mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan bütün müqavilələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirib və bundan sonra da yerinə yetirəcək.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti