“Hər şey normal gedir” – Məzahir Pənahov

“Hər şey normal gedir” – Məzahir Pənahov
  21 Oktyabr 2015    Oxunub:1545
“Hazırda təşviqat normal şəraitdə aparılır”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqatın zəif olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün dünyada təşviqat prosesi sosial şəbəkələrdə aparılır: “Belə təşviqat əvvəlki seçkilərdən müqayisəolunmaz dərəcəd ə fərqlənir. Çünki sosial şəbəkələri bütün dünya izləyir. Hesab edirəm ki, Azərbaycandakı seçkiqabağı proses normal gedir”.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti