`Bu, sizə 2,6 milyon dollar qrantı sərhəddən keçirmək deyil` - Sahib Məmmədov
O, əvvəlcə özünün seçki təcrübəsindən danışaraq bildirib ki, Azərbaycanda ən böyük seçki dairəsinin sədri olub (58 məntəqə və 300000 əhali üzrə). “Seçki monitorinqi ilə bağlı bir neçə metodik vəsitin müəllifiyəm. Bütün seçkilərdə müşahidəçi, təşviqatçı və ya vəkil qismində iştirak etmişəm və edirəm”,- deyə QHT rəhbəri vurğulayıb.
Daha sonra Sahib Məmmədov bildirib ki, təşkilat olaraq hələ 90-cı illərdə ölkədə Seçki monitorinqi üzrə ən böyük koalisiyanın yaradılmasında iştirak ediblər və sonra da onun əsas təsisçilərindən olublar: “Sonradan bəzi "dostlar" o təşkilatı ələ keçirdi və xeyrini axradək görə bilmədi. Bizimlə bərabər təsisçi olanlardan biri axıradək getdi və təşkilatın hüquqi şəxs statusu ləğv edildi. Amma 10 ilə yaxın orada bütün seçki proseslərində iştirak etmişik. Referendumların keçirilməsində də müəyyən proseslərdə təşkilatımız iştirak edib. MSK-nın bəzi vəsiqələri indi da durur. Yəni gedin işinizin dalınca. Bu, sizə 2,6 milyon dollar qrantı sərhəddən kisə ilə keçirmək deyil. Daha qəliz məslədir”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


