Tanınmış ictimai-siyasi xadim vəfat etdi
Qeyd edək ki, Qurbanov Allahverdi Hüseynəli oğlu 1940-cı ildə Biləsuvar rayonunda kolxozçu ailəsində anadan olub. Uzun illər kolxoz təsərrüfatında və bir çox ictimai-siyasi vəzifələrdə işləyib. Qüsursuz xidmətlərinə görə “Əmək veteranı” medalı ilə təltif olunub. 1965-ci il mayın 16-da Azərbaycan Milli Dilini Müdafiə Komitəsini yaradır. Komitənin sədri Allahverdi Qurbanov, müavinləri Paşa Əbdürrrəhimov və Şamil Quliyev seçilirlər.
Bu səbəbdən 1965-ci ildə A.Qurbanov və onun məsləkdaşı Paşa Əbdülrəhimov barəsində Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə cinayət işi açılır. Sonda hər ikisi cəzanı ümumi rejimli 12 saylı islah əmək düşərgəsində çəkməklə 1 il azadlıqdan məhrum edilirilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


