Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  22 Oktyabr 2015    Oxunub:1803
Azərbaycanda bu günə olan hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az- a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-17, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti