“ASAN Könüllüləri” yeni layihəyə start verdi
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən layihənin təqdimat mərasimində “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildlirib ki, “İ Club” layihəsindən təkcə ASAN könüllüləri deyil, innovativ fikirləri olan və elmə marağı olan bütün gənclər yararlana biləcək və “İ Club” gənclərin innovativ idealarının həyata keçməsi üçün böyük bir qovşaq olacaq.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları şöbəsinin sədr müavini və “ASAN School” Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev çıxış edərək, layihəni gənclərin idealarının qiymətləndirilməsi baxımından yüksək qiymətləndirdiyini bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ASAN Könüllülərinin I Ümumrespublika Forumu”nda iştirak edərkən gənclər qarşısında bir sıra tapşırıqlar qoymuşdu. Bu tapşırıqlardan biri də elmə yönəlik innovativ ideaların həyata keçirilməsi idi. Düşünürəm ki, ASAN Könüllülərinin “I Club” layihəsinin də bu tapşırığın yerinə yetirilməsi istiqamətində böyük əhəmiyyəti olacaq.
Çıxış edən gənc alim Şamo İsayev, öz idealarının həyata keçirilməsi zamanı bəzən çətinliklərlə qarşılaşdığını və bu layihənin gənclərin daha innovativ düşünməsinə, elmə marağının artmasına və ideaların daha asanlıqla həyata keçirilməsinə səbəb olacağına inandığını bildirib.







Vaxtında, Aydın, Lazımlı!


