“Bu halda korrupsiya azalar”

“Bu halda korrupsiya azalar”
  20 İyun 2013    Oxunub:1189
“Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar aparılır”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

BMT-nin Baş Assambleyasının qərarı ilə 23 iyun bütün dünyada dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. DQMK sədri bildirib ki, biz də 2006-ci ildən başlayaraq cənab prezident İlham Əliyev sərəncamı ilə bu günü dövlət qulluqçularının peşə bayramı kimi qeyd edirik: “Bu gün konfransımızda Dövlət qulluğunun inkişaf perspektivlərinə, dövlət qulluqçularının vəzifələri barəsində işlərə nəzərə salacağıq. Burada dövlət orqanlarının nümayəndələri, mütəxəssisləri də iştirak edir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar aparılır. İlk növbədə, dövlət qulluğu yeni yaranan münasibətlərə uyğun olmalı və təkmilləşdirilməlidir. Əsas vəzifəmiz dövlət qulluğuna peşəkar, potensialı yüksək olan gəncləri dəvət etməkdir”.

B. Xəlilovun sözlərinə görə, bir neçə ildir ki, gənclərin işə qəbul olunması müsabiqə əsasında həyata keçirilir və bu sahədə rəhbərlik etdiyi qurumun təcrübəsi var:“Bu, çox çətin prosesdir. Prosesin formal keçməməsi üçün 4 ildir hazırlıq işləri aparırıq. Bundan başqa, biz bir sıra dövlət proqramları qəbul etmişik. Açıq hökumət tərəfdaşlığı milli fəaliyyət proqramı və korrupsiyaya qarşı milli fəaliyyət proqramları qəbul edilib və orada bir çox məsələlər komissiyanın öhdəsinə düşür. Biz bu sahədə işləyirik. Əsas problem dövlət qulluğunda şəffaflığın təmin edilməsidir. Şəffaflıq nə qədər çox olarsa, korrupsiyaya yer az qalar”,-deyə DQMK-nın sədri vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti