DSMF nümayəndələri Moldava rəsmiləri ilə görüşüb

 DSMF nümayəndələri Moldava rəsmiləri ilə görüşüb
  20 İyun 2013    Oxunub:4917
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” çərçivəsində təcrübə və məlumat mübadiləsi aparmaq məqsədi daşıyan səfər zamanı DSMF nümayəndə heyəti Moldova Milli Sosial Sığorta Kassasının sədri Mariya Borta ilə görüşüb.

Aparılan müzakirələr çərçivəsində Moldovanın məcburi dövlət sosial sığorta sistemi, Milli Sosial Sığorta Kassasında daxili auditin inkişafı və vəzifələri, kadrların idarəedilməsi mövzularında təqdimatlar keçirilib. Eyni zamanda görüşlərdə DSMF Aparatının Kadr və kadr hazırlığı şöbəsinin əməkdaşları tərəfindən İnsan resursları və onların idarəedilməsi və Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunun tətbiqi və əsas vəzifələri, eləcə də dövlət qulluğuna qəbul və əsas istiqamətlər barədə ətraflı məlumatlar verilib.

Səfər müddətində DSMF əməkdaşları Moldova Milli Sosial Sığorta Kassasının Belc, Orxey və Botanik yerli idarələrinin iş şəraiti ilə tanış olaraq, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti