NİİM ləğv edilsin, yeni qurum yaradılsın - Təklif
Ekspert hesab edir ki, bu sahədə problemi aradan qaldırmaq üçün hərəkətin təşkili ilə bağlı səlahiyyətlər mərkəzləşmiş bir orqanda olmalıdır. Həmin qurum Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası olsa daha yaxşı olar.
“Yolları “Azəryolservis” ASC və bəzi hallarda aidiyyatı üzrə yerli icra hakimiyyəti orqanları təmir edir. Daha sonra orada işıqforlar, nişanlar və nişanlanma xətləri işləri Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Bu baxımdan adıçəkilən qurumların səlahiyyəti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında birləşdirilə bilər. Qanunu pozanların da cəzalandırılmsı ilə Dövlət Yol Polisi məşğul olmalıdır.
Qeyd edək ki, parlamentin son iclasında Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb, Daxili İşlər Nazirliyinə verilməsi təklif olunub. Belə bir təkliflə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, bu mərkəzdə toplanan məlumatlar DİN-ə ötürülür və bu qurumun DİN-ə verilməsi nəqliyyat sektorunda son vaxtlar aparılan islahatlara öz töhfəsini verəcək.
Komitə sədri qeyd edib ki, hökumət bunu yaxın zamanlarda müzakirə edib qərar verəcək.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


