Zakir Həsənov Rusiyanın silahları ilə maraqlanır
Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin Azərbaycan ordusunun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.
Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyinə görə hərbi attaşeyə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkədən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin, xalqının və Silahlı Qüvvələrinin daim səmimi dostu olaraq qalacağını vurğulayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


