İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  22 Oktyabr 2015    Oxunub:1593
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb
AzVision.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

- Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

AzVision.az


Teqlər:  



Xəbər lenti