Dövlət qulluğu strategiyası 2014-cü ildə hazır olacaq

Dövlət qulluğu strategiyası 2014-cü ildə hazır olacaq
  20 İyun 2013    Oxunub:1128
Çox güman ki, gələn il biz bu strategiyanı tamamlayıb ölkə başçısına təqdim edəcəyik.

“Biz dövlət qulluğunun strategiyasının işlənilməsinə başlamışıq”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. Onun sözlərinə görə, problemlərə baxmayaraq, daha çox institusional inkişafa fikir verilir.

“Artıq biz dövlət qulluğunun strategiyasının işlənib-hazırlanmasına başlamışıq. Çox güman ki, gələn il biz bu strategiyanı tamamlayıb ölkə başçısına təqdim edəcəyik. Bu sənəddə dövlət qulluğunda hansı problemlər varsa, orada öz əksini tapacaq. Dövlət başçısı tərəfindən həmişə dəstək görmüşük. Bir sıra normativlər və qanunlar prezident tərəfindən təsdiq olunub. Bu bir daha göstərir ki, ölkə rəhbərliyi bu sahəyə böyük diqqət yetirir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti