Lənkərana 4 milyon ayrıldı - Yağışın fəsadlarına görə

Lənkərana 4 milyon ayrıldı - Yağışın fəsadlarına görə
  22 Oktyabr 2015    Oxunub:2804
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Lənkəran şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon manat ayrılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti