MSK `exit-poll` üçün daha bir təşkilatı qeydə aldı

MSK `exit-poll` üçün daha bir təşkilatı qeydə aldı
  23 Oktyabr 2015    Oxunub:1791
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində “Exit-poll” keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb.

İclasda Rəy Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov təşkilatla bağlı məlumat verib. O deyib ki, təşkilat 118 seçki dairəsi üzrə “exit-poll” keçirəcək.

Müzakirələrinin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK bundan əvvəl 3 təşkilatı-ELS Müstəqil Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzini, Vətəndaş Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.


Teqlər:



Xəbər lenti