MSK `exit-poll` üçün daha bir təşkilatı qeydə aldı
İclasda Rəy Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov təşkilatla bağlı məlumat verib. O deyib ki, təşkilat 118 seçki dairəsi üzrə “exit-poll” keçirəcək.
Müzakirələrinin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, MSK bundan əvvəl 3 təşkilatı-ELS Müstəqil Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzini, Vətəndaş Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


