Ağsuda dəhşətli qətl

Ağsuda dəhşətli qətl
  23 Oktyabr 2015    Oxunub:3442
Ağsu rayonunda qətl hadisəsi törədilib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Kalva kəndində qeydə alınıb. Kənd sakini 34 yaşlı Hacıyev Elşən Sevdayı oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Şamaxı rayonunda yaşayan və onun evinə qonaq gələn bacısının həyat yoldaşını, 1975-ci il təvəllüdlü Zeynalov Asif Adil oğlunu öldürüb. Ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alan Asif Zeynalov hadisə yerində dünyasını dəyişib. Asif Zeynalovun qaynı tərəfindən hansı səbəbdən qətlə yetirildiyi hələ ki, tam məlum deyil.

Hadisə şahidlərinin sözlərinə görə onların arasında əvvəllər pul borcuna görə söz-söhbət olub. Elşən Hacıyev hadisə törədən zaman sərxoş olub. Əvvəllər Rusiyada və Azərbaycanda məhkumluq həyatı sürən Elşən Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Onun qətl hadisəsi zamanı istifadə etdiyi ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti