Koreya nüvə danışıqlarına hazırdır

Koreya nüvə danışıqlarına hazırdır
  20 İyun 2013    Oxunub:919
Çinlə Şimali Koreya gərgin münasibətləri yoluna qoymaq üçün Pekində danışıqlar keçirib.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, nə rəsmi Pxenyan, nə də Pekin danışıqların təfərrüatları barədə məlumat verməyiblər.

Danışıqlarda Çinlə Şimali Koreyanın ikitərəfli münasibətləri, Koreya yarımadasındakı vəziyyət və nüvə proqramı məsələsinin müzakirə olunduğu bildirilib.

Şimali Koreya bu il buraxdığı uzaqmənzili raketləri və nüvə sınağı ilə müttəfiqi Çinin qəzəbinə tuş gəlmişdi. Qeyd edək ki Çin illərdir Şimali Koreyanı nüvə məsələsi barədə danışıqlar keçirməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti