`Qarabağ` uduzdu

`Qarabağ` uduzdu
  23 Oktyabr 2015    Oxunub:2089
Oktyabrın 22-də futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin III turunun oyunları keçirilib.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu səfərdə Fransanın “Monako” klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 70-ci dəqiqədə Lasina Traore vurub.

Bu qrupun digər oyununda Belçika “Anderlext”i evdə “Tottenhem”i (İngiltərə) 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, 3 oyundan sonra qrupa 5 xalla “Monako” başçılıq edir, “Anderlext” və “Tottenhem”in 4 xalı var. “Qarabağ” isə 3 xalla sonuncu pillədədir.

Bu, Avroliqada oynayan Azərbaycan klublarının gün ərizndə ikinci məğlubiyyədir. Bu gün "Qəbələ" Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubunu qəbul edib. Oyun alman klubunun qələbəsi ilə başa çatıb - 0:3.


Teqlər:  





Xəbər lenti